Tramp - ABŞ orta və yaxın məsafə raketlərinin ləğvi barəsində razılığı tərk edir
Tramp - ABŞ orta və yaxın məsafə raketlərinin ləğvi barəsində razılığı tərk edir

Amerika Birləşmiş Ştatları prezidenti, Donald Trampın dediyinə görə, ABŞ orta və yaxın məsafə raketlərinin ləğvi barəsində razılığı tərk edir. Bu bəyanatı ABŞ prezidenti Nevadada keçirilən seçkiqabağı görüşündə bəyan etdi. Onun dediyinə görə, bu müqaviləni Rusiya uzun müddətdir yerinə yetirmir.

“Bu bu silahı yaratmalı olmalıyıq”, – Tramp bəyan etdi.

İş 1987-ci ildə ABŞ və Sovet İttifqaı arasında imzalanmış müqaviləyə aiddir ki, buna da əsasən 500-5500 kilometrə qədər raketlərin ləğv edilməsinə razılaşdılar.

Müqaviləni Ronald Reyqan və Mixeil Qarbaçov imzaladılar. Razılaşmaya əsasən 2700 raketin ləğv edilməsi mümkün oldu.

“Fox News” ilə müsahibəsində Tramp açıqlayır ki, Rusiya bu müqaviləni hələ Barak Obamanın vaxtında yerinə yetirmirdi.

Bəzi nəşrin məlumatına görə, bu təşəbbüsün tərəfdarı ABŞ-ın məsləhətçisi, Con Boltondur. O, razılıqdan çıxma barəsində Moskvaya səfəri zamanı bəyan edəcək.

Con Bolton Rusiyaya səfərini oktyabrın 22-24-də planlaşdırır. Bundan sonra o, Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Moskva və Vaşinqtin 1987-cil müqaviləsinin pozulmasında bir birini artıq dörd ildir ittiham edirlər.