Tornike Rijvadze qəzalı yaşayıs korpuslarında yaşayan ailələrlə görüşdü
Tornike Rijvadze qəzalı yaşayıs korpuslarında yaşayan ailələrlə görüşdü

Acara Muxtar Respublikasının hökumət sədri, Tornike Rijvadze qəzalı yaşayıs korpuslarında yaşayan ailələrlə görüşdü və Batumi Meriyasının birgə “Batumi qəzalı evlərsiz” proqramı ilə şəxsən tanış etdi.

Acara hökumıti və Batumi Meriyası “Batumi qəzalı evlərsiz” hökumət proqramının həyata keçirilməsinə başladı. Proqram çərçivəsində, Batumidə mövcud bütün qəzalı bina müasir yaşayış kompleksləri ilə əvəz olunacaq.

Acarıstan Muxtar Respublikası hökumətinin məlumatına görə, bu il təhlükəli şəraitdə yaşayan 630-dan çox ailənin mənzil problemi həll olunacaq. Əhaliyə mənzillər tam təmir olunmuş halda veriləcək, mənzillərin mülkiyyətə keçməsinə qədər ailələrin kirayə ilə təmin olunması baş verəcək.

Proqramın büdcəsi 80 milyon larini təşkil edir. Növbəti dörd il ərzində Batumidə qəzalı ev olmayacaq. Proqram çərçivəsində lüzumluğu olan bütün şəxs yeni təhlükəsiz evlə təmin olunacaq.

Həmçinin, Batumidə mədəni irs statusu olan evlərin reabilitasiyası üçün 10 milyon laridən artıq xərclənəcək.