Tokio metrosunda gürcü şərabının reklam kampaniyası başladı
Tokio metrosunda gürcü şərabının reklam kampaniyası başladı

Tokionun Tennozu İsle metro stansiyasında gürcü şərabının reklam kampaniyası başladı.

Qeyd olunan stansiya Terrada Warehouse sərgi mərkəzinin girişidir və orada mayın 7-nə qədər “Gürcüstan – şərabın ölkəsi” adlı sərgi təqdim olunur.

Stansiyada Gürcüstan və gürcü şərabı haqqında informasiya-reklam posterləri və broşürləri təqdim olunur.