Tkibulidəki Mindeli adına mədənin işçiləri tətil elan etdilər
Tkibulidəki Mindeli adına mədənin işçiləri tətil elan etdilər

Tkibulidəki Mindeli adına mədənin işçiləri tətil elan etdilər. Mədənçilər maaşlarının artırılmasını tələb edirlər.

Həmkarlar İttifaqının rəhbəri Qaqa İsakadzenin verdiyi məlumata əsasən , işçilər maaşların 300 lari artırılmasını tələb edirlər.

“Dörd aydır maaş artımını tələb edirik, lakin nəticəsi olmadı. Etirazın bu formasına müraciət etmək məcburiyyətində qaldıq. 500 lari ilə ailəni saxlamaq çətindi, hər şey bahalaşıb ”-deyə mədənçilərdən Besik Seperteladze Gürcüstanın Birinci Kanalına bildirib.