Tkibulidə tətil elan edən mədənçilər aksiyanı sabah səhər saatlarından etibarən davam etdirəcəklər
Tkibulidə tətil elan edən mədənçilər aksiyanı sabah səhər saatlarından etibarən davam etdirəcəklər

 

Tətil elan edən mədənçilər Tkibulidə Mindeli adına mədənin administrasiyasının yerləşdiyi ərazidə deyillər. Onların sözlərinə görə, sabah saat 09: 00-da yenidən toplaşacaqlar.

Birinci Kanal müxbirinin hadisə yerindən verdiyi məlumata görə, tətil elan edən işçilərin tələbi ilə əlaqədar Məşvərət Şurasının iclasının keçirilməsi planlaşdırılır və iclasda şirkət rəhbərliyi, mədənçilər və həmkarlar ittifaqı nümayəndələri iştirak edəcəklər.

Məşvərət Şurası bir neçə həftə əvvəl yaradılıb və əsas məqsədi işçilərin şirkətdəki aktual məsələlərdə iştirakını artırmaqdır.

Hazırda Mindeli adına mədəndə 500-dən çox işçi tətil elan edib , bu səbəbdən mədəndə işlər dayandırılıb. Mədənçilər maaşlarının artırılmasını tələb edirlər.