Tina Bokuçava - Mixeil Saakaşvilinin təklifi birləşmiş müxalifət siyahısının yaradılması idi, ancaq bir partiyanın etirazına görə, bu baş tutmadı
Tina Bokuçava - Mixeil Saakaşvilinin təklifi birləşmiş müxalifət siyahısının yaradılması idi, ancaq bir partiyanın etirazına görə, bu baş tutmadı

Mixeil Saakaşvilinin təklifi birləşmiş müxalifət siyahısının yaradılması idi, hansına müxalifətin bütün üzvləri daxil olacaqdı və birgə front xətti yaradılacaqdı, ancaq bir partiyanın etirazına görə, bu baş tutmadı, – bu barədə bəyanatı “Milli Hərəkatın” üzvü Tina Bokuçava verdi.

Tina bokuçava bu bəyanatla Qubaz Sanikidzenin bəyanatına cavab verdi, hansına əsasən, “Milli Hərəkat” və “Avropa Gürcüstanı” arasında danışıqlar baş tutmadı.

“Danışıqlar zamanı, “Milli Hərəkat” bir çox şeydə güzəşt etməyə və “Avropa Gürcüstanının” şərtlərini qəbul etməyə razı idi, çünki bizi konkret vəzifələr maraqlandırmır. Tək məqsədimiz qələbədir.

Yenə də İvanişvili rejiminə qarşı mübarizə aparan bütün siyasi partiyalarla əməkdalıq üçün açığıq” – dedi Tina Bokuçava.