"The Washington Times" Giorgi Qaxariyanın məqaləsini dərc etdirir - Gürcüstan NATO üzvlüyünə layiqdir
"The Washington Times" Giorgi Qaxariyanın məqaləsini dərc etdirir - Gürcüstan NATO üzvlüyünə layiqdir

“The Washington Times” Amerika nəşri Gürcüstanın baş naziri, Giorgi Qaxariyanın “Gürcüstan NATO üzvlüyünə layiqdir” başlıqlı məqaləsini dərc etdirir. Məqalədə Gürcüstanın baş naziri Qara Dəniz təhlükəsizliyinin əhəmiyyətinə xüsusi diqqət yetirir və Gürcüstanın bu istiqamətlə rolunu xüsusilə qeyd edir.

“Son günlərdə Ukraynada döyüş əməliyyatlarının bərpası Qara Dəniz bölgəsində tərəzi üzərində nəyin durduğuna bir daha qeyd edir. Qara Dəniz Avropanın şərq qanadında bufer zonasını təşkil edir və bununla NATO və ABŞ maraqlarının düşməncəsinə olan qüvvələrdən qorunmasına öz təvhəsini daxil edir. Eyni zamanda Qara Dəniz böyük miqdarda Amerika eksportu ilə, Avropadan Asiyaya və Asiyadan Avropaya ən qısa marşrut baxımından ticarətin kəsişməsinə çevrilir”, – Giorgi Qaxariya qeyd edir.

Məqaləyə əsasən Rusiya üçün Qara Dəniz Suriya, Şimali Afrika və şərqi Aralıq Dənizi sahilinin müəyyən bölgələri cəbhəsi üçün qapını təşkil edir. Lakin Qara Dəniz sərhədləri dışarına çıxmaq üçün, həmçinin buraya ABŞ və başqalarının daxil olmasını başdan rədd etək üçün, Rusiya Bosfor Boğasına yaxın Qara Dəniz sahilinin başqa ölkələrinə təziq göstərməlidir. Qeyd olunan təziq Rusiya tərəfindən Ukraynadan Krımın qoparılmasında sonra kəskinləşdi. Ona qədər isə, Rusiya 2008-ci ildə Gürcüstanın demək olar 20 faiz ərazisini işğal etdi. Rusiya tərəfindən torpaqlarımızın işğalı bu gün də davam edir. Rusiyanın cəhdləri ki, Balkan bölgəsinə, Qara Dəniz sahili ölkələrinə destabilizasiya daxil etsin, birmənalı olaraq sənədlərlə təsdiq olunur.

Məqalədə qeyd olunub ki, Qara Dənizə Avropanin üç ölkəsi: Rumıniya, Bolqarıstan və Türkiyə, həmçinin NATO-nun assosiyalaşdırılmış üzvü – Gürcüstan həmsərhəddir. Qara Dənizin geosiyasi təhlükəsizliyinin təmin edilməsi çağırışı təşkil edir ki, onun da həlli Gürcüstanın dəstəyi olmadan mümkün deyil.

“Amerika Birləşmiş Ştatları Gürcüstanın NATO-ya üzv olmasını dəstəkləyir, buna görə də dərin minnətdarlığımızı bildiririk. Gürcüstan öz daxili məhsulunun iki faizindən artığını müdafiəyə xərcləyir və biz ABŞ və NATO-nu, həmişə və lazım olduğu hər yerdə dəstəkləyirik”, – məqalədə deyilir.

Bununla yanaşı, məqaləyə əsasən, Davosun son forumunda, Türkiyə Xarici İşlər naziri, Mövlud Çavuşoğlu NATO-nu Gürcüstanın dönmədən tamhüququlu üzv kimi qəbul etməsinə doğru çağırdı. Ukraynaya səfəri zamanı isə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə və NATO-nun Qara Dəniz təhlükəsizliyinə qarşı münasibətini bir daha təsdiq etdi. Bundan başqa Türkiyə artıq uzun müddətdir ki, Qara Dənizin bölgənin strateji kontekstinin geosiyasi mərkəzini təşkil etdiyini etiraf edir.

Baş nazirin məqaləsində deyilir ki, “Rusiya bu gün də Gürcüstanın NATO-ya üzvlüyünə qarşı çıxır. Məhz elə indi vaxt gəldi ki, NATO bizim NATO-ya üzv olma barəsində tələbimizə cavab versin. NATO liderləri dəfərlərlə Gürcüstanın tamhüquqlu üzv olmasına hazır olduqlarını ifadə ediblər və biz inanırıq ki, üzv olmağımız qarşısında duran çağırışlar yaxın gələcəkdə həll olunacaq. NATO-da daha artıq Gürcüstan və Gürcüstanda daha artıq NATO, Qara Dəniz və qərb təhlükəsizliyini gücləndirəcək. Ona qədər isə, Gürcüstan Amerika Birləşmiş Ştatları və NATO-nun başqa üzvləri il sıx əməkdaşlığını davam etdirəcək. Bizim məqsədimizdir ki, birgə təlimləri genişləndirək və dəniz infrastrukturunu inkişaf etdirək”.

Məqalənin gürcü dilinə tərcüməsini Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.