Tetritsğaroda 195 nəfər tədqiq olunub,onların heç birinin koronavirusa yoluxması təsdiqlənməyib
Tetritsğaroda 195 nəfər tədqiq olunub,onların heç birinin koronavirusa yoluxması təsdiqlənməyib

 

 

Tetritsğaro  Munisipalitetində 195 nəfər tədqiq olunub,onların heç birinin koronavirusa yoluxması təsdiqlənməyib.

Bu barədə Gürcüstanın Birinci Kanalına munisipalitetin meriyasından bildirilib.Meriyadan verilən məlumata əsasən,laboratoriyaya tədqiq edilmək üçün 195 material göndərilibmiş.

Tetritsğaro Munisipalitetində 3 gündür ki, koronavirusa yeni  yoluxma halı qeydə alınmır.Munisipalitetdə cəmdə 55 nəfərin Covid 19-a yoluxması təsdiqlənib,onlar arasında 21 nəfər sağalıb.

Tetritsğaro bu günədək qırmızı zona olaraq qalır və bağlıdır.

Hazırladı-Sevinc Mustafayeva