Terjolanın Hərarət Mərkəzində 4 pasiyentin koronavirusa yoluxması təsdiqlənməyib
Terjolanın Hərarət Mərkəzində 4 pasiyentin koronavirusa yoluxması təsdiqlənməyib

 

Terjolanın Hərarət  Mərkəzində laboratoriyadan 4 pasiyentin analiz cavabını alıblar və onların hamısı mənfidir-bu barədə Gürcüstanın Birinci Kanalına klinikanın direktoru,Lado Kepuladze bildirib.

Kepuladzenin verdiyi məlumata görə,ötən 24 saat ərzində klinikaya qızdırma simptomları ilə 2 pasiyent müraciət edib.Onlardan müvafiq analizlər götürülüb və bioloji nümunələr tədqiq olunmaq üçün  laboratoriyaya göndərilib.

Bu vaxt üçün Gürcüstanda koronavirusa 730 yoluxma halı təsdiqlənib,onlar arasında 522 pasiyent sağalıb.

 

Hazırladı-Sevinc Mustafayeva