Tereza Mey Böyük Britaniyanın baş naziri vəzifəsini tərk edir
Tereza Mey Böyük Britaniyanın baş naziri vəzifəsini tərk edir

Tereza Mey Böyük Britaniyanın baş nazirinin vəzifəsini tərk edir.

İstefası barədə bəyanatı siyasətçi konservativ komitənin rəhbəri Qrehem Bredi ilə görüşdən sonra verdi.

Tereza Meyin bəyanatına görə, o vəzifəsini iyunun 7-də tərk edəcək və sonra yeni baş nazir seçiləcək.

Tereza Meyin açıqlamasına görə, 2016-cı ilin referendum nəticələrində, əhali seçim etd etdi və iqtidarın vəzifəsi, o seçimi yerinə yetirmək idi, ancaq, o, baş nazir ranqında bunu üç müvəffəqiyyətsiz cəhddən sonra da yerinə yetirə bilmədi.

Tereza Mey Böyük Britaniyanın baş nazir vəzifəsini məhz o referendumdan sonra tutdu, hansının nəticələrinə əsasən, Böyük Britaniya əhalisinin böyük hissəsi Avropa İttifaqından çıxmağı dəstəklədi. Referendumdan sonra, Avropa İttifaqında qalmağın tərəfdarı olan sabiq baş nazir Devid Kemeron istefa verməli oldu.

Vəzifəyə gəldikdən sonra, üç il ərzində Tereza Mey Avropadan çıxmaq prosesi Breksiti həyata keçirməyə çalışdı, ancaq London və Brüssel arasında nail olunan razılaşmaya Böyük Britaniyanın qanunverici orqanında qarşı çıxırlar. Onlar sənəddə mövcud olan bir neçə maddənin dəyişdirilməsini tələb edirlər.