Tengiz Sersvadzenin sağlamlıq vəziyyəti sabitdir
Tengiz Sersvadzenin sağlamlıq vəziyyəti sabitdir

Tbilisi İnfeksiya Xəstəxanasının mətbuat xidmətinin rəhbəri, Giorgi Beridzenin məlumatına görə, Tengiz Sersvadzenin sağlamlıq vəziyyəti sabitdir və lazım gəldisə, müalicənin strategiyası dəyişdiriləcək.

“Tengiz Sersvadzenin sağlamlıq vəziyyəti bu gün də eynidir. Sabit vəziyyətdir, dəyişikliklər olmadan, eyni simptomatika ilə. Gələn həftə əlavə müayinələr ediləcək və lazım gəldisə, müalicənin strategiyası dəyişdiriləcək. Cənab Sersvadzenin həyat yoldaşına gəldikdə, Ana Topuriya müalicəsini evdə davam etdirir. Onun sağlamlıq vəziyyəti daha yaxşıdır. Faktiki olaraq simptomları yoxdur”, – Beridze bəyan etdi.

Tbilisi İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadzedə koronavirus 17 noyabrda təsdiq olundu.