Tengiz Sersvadze - məhdudiyyətlərin aradan qaldırılmasından 2-3 həftə gözləyək, əgər bu müddətdə epid-durum qorunub saxlanılsa, böyük tərəqqi olacaq
Tengiz Sersvadze - məhdudiyyətlərin aradan qaldırılmasından 2-3 həftə gözləyək, əgər bu müddətdə epid-durum qorunub saxlanılsa, böyük tərəqqi olacaq

Məhdudiyyətlərin aradan qaldırılmasından 2-3 həftə gözləyək, əgər bu müddətdə epid-durum qorunub saxlanılsa, böyük tərəqqi olacaq, – bu barədə Tbilisi İnfeksiya Klinikasının baş direktoru, Tengiz Sersvadze bəyan etdi.

Sersvadze Gürcüstanın Birinci Kanalına bəyan etdi ki, hələlik yalnız ehtiyatlı optimizmin əsasımız var.

“Hələlik yalnız ehtiyatlı optimizmin əsasımız var, çünki məhdudiyyətlərin aradan qaldırılması 18 mayda baş verdi, hələlik yalnız bir həftə keçib. Məhdudiyyətlərin aradan qaldırılmasından, fövqəladə vəziyyətin ləğv olunmasından 2-3 həftə gözləyək. Əgər bu müddətdə epid-durum qorunub saxlanılsa, böyük tərəqqi olacaq”, – Sersvadze bəyan etdi.