Tengiz Sersvadze - Gürcüstanda koronavirusun yeni növünə yoluxmanın birdən artıq halı hələ təsdiq olunmayıb
Tengiz Sersvadze - Gürcüstanda koronavirusun yeni növünə yoluxmanın birdən artıq halı hələ təsdiq olunmayıb

Tbilisi İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadze bəyan edir ki, Gürcüstanda koronavirusun yeni növünə yoluxmanın sayı artmayıb.

Sersvadzenin dediyinə görə, Gürcüstanda koronavirusun yeni növünə yoluxmanın yalnız bir halı qeydə alınıb.

“Yeni növ ölkədə yalnız bir pasiyentdə təsdiq olundu. Başqasını bilmirik. Kontrol yoxlamaları aparılır. Yeni növ üzrə pasiyentlərin hamısını yoxlaya bilmərik, çünki çətin metoddur. Dünyada seçərək və ya xaricə səyahəti tarixi olan insanları yoxlayırlar. Bizdə hələlik birdən artıq təsdiq olunmayıb”, – Sersvadze bəyan etdi.