Temkada baş verən partlayış zamanı bir nəfər xəstəxanaya aparıldı [Foto]
Temkada baş verən partlayış zamanı bir nəfər xəstəxanaya aparıldı [Foto]

Temkada baş verən partlayış nəticəsində bir nəfər zərər gördü.

Bu barədə məlumatı Birinci Kanala Fövqəladə Hallar Xidməti verdi.

Xidmətin məlumatına görə, partlayışa təbii qazın sızıb, yığılması səbəb oldu.

Hadisə yerinə üç yanğın söndürən qrupu gedib, ancaq partlayışdan sonra yanğın baş vermədi.

Partlayış zamanı zərər görən şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində ekspert-kriminalistlər işləyirlər.