Teleti yaxınlığında yol qəzası nəticəsində xəsarət alan Ermənistanın iki vətəndaşı reanimasiya şöbəsində qalır
Teleti yaxınlığında yol qəzası nəticəsində xəsarət alan Ermənistanın iki vətəndaşı reanimasiya şöbəsində qalır

Qardabani munisipalitetinin Teleti kəndi yaxınlığında yol qəzası nəticəsində xəsarət alan Ermənistanın iki vətəndaşı bu vaxta qədər “Nyu Hospitalsın” reanimasiya şöbəsində qalmaqdadır. Bu barədə Gürcüstanın Birinci Kanalına klinikada bəyan etdilər.

“Nyu Hospitalsda” bəyan etdiklərinə görə, xəsarət alanların sağlamlıq durumuna görə, onları Yerevana aparmaq mümkün olmadı.

Yol qəzası avqustun 31-də baş verdi. İki insan həlak oldu. 20 nəfər xəsarət alanı klinikaya apardılar. Onlardan 17-si Ermənistan, ikisi Gürcüstan, biri isə, Azərbaycan vətəndaşı idi.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bir-biri ilə üç mikroavtobus və bir minik maşını toqquşdu.

Həlak olanlar Ermənistan vətəndaşlarıdır və hər ikisi qadındır.