Teleti kəndinin yanında baş verən avto-qəza nəticəsində iki nəfər həlak oldu, 15-i isə ağır xəsarət aldı
Teleti kəndinin yanında baş verən avto-qəza nəticəsində iki nəfər həlak oldu, 15-i isə ağır xəsarət aldı

Kvemo-Kartlidə, Teleti kəndinin yanında baş verən avto-qəza nəticəsində iki nəfər həlak oldu, 15-i isə ağır xəsarət aldı.

Bu barədə məlumatı Birinci Kanala Daxili İşlər Nazirliyi verdi.

Nazirlikdən verilən məlumata görə, qəza iki mikroavtobusun və bir minik avtombilin bir-birinə toqquşması nəticəsində yarandı.

Yaralananlar dərhal xəstəxanalara aparıldılar.

Mövcud olan məlumata görə, mikroavtobuslardan biri Yerevandan Batumi istiqamətinə gedirdi və həlak olanlar Ermənistan vətəndaşlarıdırlar.

Baş verən hadisə ilə bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsinin səkkizinci hissəsi ilə (hansı ki, nəqliyyat vasitələrinin ekspluatasiya qaydalarının pozulması ilə insanların ölümünə səbəb olmağı nəzərdə tutur) istintaq aparılır.