Telavinin Qaracalar kəndində qətl cinayəti baş verdi
Telavinin Qaracalar kəndində qətl cinayəti baş verdi

Telavi munisipalitetinin Qaracalar kəndində qətl cinayəti baş verdi.

Yerli sakinlərin məlumatına görə, 19 yaşlı kənd sakini digər kəndlisinə bir neçə dəfə atəş açdı.

Silahlı hücuma məruz qalan şəxs yerindəcə həyatını itirdi.

Ehtimala görə, səbəb illərdir ailələr arasında yaranan münaqişədir.

Qətl cinayətində şübhələnən şəxs polisə təslim oldu.