Telavi rayonunda yanğın baş verdi
Telavi rayonunda yanğın baş verdi

Telavi rayonunun Artana kəndində Koxta dağında yanğın baş verib.

Atəş alp zonasında, kəndə 15 kilometr yaxınlığındaki yaylağa düşüb.

Fövqəladə hallar idarəsi agentliyinin verdiyi məlumata görə, yanğın zonası bugün səhər helikopterlə yoxlanıldı və ehtimala görə, bu mərhələdə yanğının artma təhlükəsi hələlik yoxdur.

Yanğın yerində 10 nəfərlik yanğın söndürən briqada çalışır və günün sonuna qədər yanğının tam likvidasiyası planlaşdırılır.

Yanğının çıxma səbəbi hələlik məlum deyil.