Təhsil sahəsində "Blokçein" texnologiyalarının tətbiqi başlayacaq
Təhsil sahəsində "Blokçein" texnologiyalarının tətbiqi başlayacaq

Gürcüstanın təhsil sahəsində blokçein texnologiyalarının tətbiqi fəal şəkildə başlayır.

Bu məqsədlə, texnologiyalar sahəsində ən iri şirkətlərdən biri olan „Input Output HK Ltd”-ın mütəxəssisləri Gürcüstana gələcəklər.

Bu barədə məlumat Gürcüstanın baş naziri Mamuka Baxtadze və IOHK-un icraçı direktoru Çarlz Hoskinzin görüşü zaman verildi.

Görüşdə qeyd olundu ki, bu istiqamətdə çalışmalar iyul ayından fəal şəkildə başlayacaq və ilin sonuna qədər ölkə konkret nəticələr əldə edəcək.

Görüş zamanı həmçinin, biznes və dövlət servisləri sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları da müzakirə olundu.

Şərh yaz