Təhsil Nazirliyi - Gürcüstan alimləri sitatlaşdırma indeksi ilə postsovet məkanında liderdilər
Təhsil Nazirliyi - Gürcüstan alimləri sitatlaşdırma indeksi ilə postsovet məkanında liderdilər

Dünyanın ən böyük elmi bazası – “Web of Science”-in göstəricilərinə görə, Gürcüstan alimləri sitatlaşdırma indeksi ilə postsovet ölkələri arasında liderlərdilər. Bu isə, onların tədqiqatının yüksək səviyyəsini təsdiq edir. Bu barədə məlumatı Gürcüstanın Təhsil Nazirliyinin mətbuat xidməti yayır.

“İlk dəfədir ki, elmin produktivliyinin, sitatlaşdırma göstəricisi bu qədər yüksəkdir. Bunu dünyanın ən böyük elmi bazası tərəfindən dərc olunan statistika göstərir. Bazaya Gürcüstandan 6112 məqalə yerləşdirilibdir və sitatlaşdırma indeksi 20.69-u təşkil edir. Göstəricilər təsdiq edir ki, gürcü alimlərinin tədqiqatları keyfiyyəti yüksəkdir”, – Təhsil Nazirliyində bəyan edirlər.