Təhsil Nazirliyi abiturientlər üçün yeni layihə "Vebməktəbə" başlayır
Təhsil Nazirliyi abiturientlər üçün yeni layihə "Vebməktəbə" başlayır

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və Nazirliyi abiturientlər üçün yeni layihə “Vebməktəbə” başlayır. Layihənin məqsədi alınmış biliyin dərinləşdirilməsi və yeni biliyin əldə edilməsinə xidmət edir. Müvafiq məlumatı Təhsil Nazirliyi yayır.
Layihə çərçivəsində, təcrübəçi müəllimlər abiturientlər üçün vebinar keçirəcəklər ki, həmin material el.ge-yə yükləniləcək. Vebinarın cədvəli hər həftə yeniləcək və mərhələli şəkildə bütün fənnləri əhatə edəcək.
Təhsil Nazirliyinin verdiyi məlumata görə, yeni layihə abiturientlər üçün 4 maydan başlayaraq 4 iyul da daxil olmaqla davam edəcək. Vebinara 2 maydan istənilən şəxs qeydiyyatdan keçmə bilər.
“Qeydiyyatın sadə forması “el.ge” veb səhifəsinə, vebinar blokuna artıq əlavə olunub. Hər vebinarın audio yazılı saxlanılacaq və yüklənəcək.
Bundan əlavə şagirdlərin imkanı olacaq ki, öz fikirlərini, suallarını və iradlarını açıq şəkildə qeyd etsinlər”, – Təhsil Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub.
İdarədə bəyan edirlər ki, pandemiya şəraitində uzaqdan təhsil və “Teleməktəb”in fəaliyyətə başlamasından sonra, yeni laoyihə abiturentlərə imtahan üçün hazırlaşmaqda kömək edəcək.