Təhlükəsizlik Şurası - Eskalasiya başlayan kimi Gürcüstan hökuməti Azərbaycana  və Ermənistana hərbi daşımaları müvəqqəti dayandırdı, tərəflərə bu barədə məlumat verilmişdi
Təhlükəsizlik Şurası - Eskalasiya başlayan kimi Gürcüstan hökuməti Azərbaycana və Ermənistana hərbi daşımaları müvəqqəti dayandırdı, tərəflərə bu barədə məlumat verilmişdi

 

Azərbaycan və Ermənistan arasında davam edən hərbi əməliyyatlar səbəbindən Gürcüstan hökuməti, eskalasiya başlayan kimi ərazilərində hərbi yüklərin hər iki ölkəyə quru və hava yolu ilə daşınması üçün icazələrin verilməsini müvəqqəti dayandırdı.tərəflərə bu barədə məlumat verilmişdi, – bu haqda  Gürcüstan Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunub, bəyanatı jurnalistlərə Gürcüstanın Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri təqdim etdi.

 

Bu gün Azərbaycan və Ermənistan Respublikaları arasındakı  növbəti hərbi qarşıdurma və yaranan vəziyyətlə əlaqədar Gürcüstan Milli Təhlükəsizlik Şurasının iclası keçirildi.

Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunduğu üzrə, İclasda münaqişənin yaratdığı və qurbanlarla nəticələnən ağır vəziyyət müzakirə edildi. Vəziyyətin eskalasiyası isə bölgənin təhlükəsizliyinə kəskin mənfi təsir göstərəcək.

“Biz bir daha ATƏT-in Minsk Qrupu həmsədrlərini və beynəlxalq aktorları zorakılığa son qoymaq və dialoqu bərpa etmək üçün bütün tədbirləri görməyə çağırırıq.Gürcüstanın həm Azərbaycan, həm də Ermənistanla  yaxşı qonşuluq münasibətləri var. Bizim vəzifəmiz bu münasibəti qorumaq və daha da gücləndirməkdir.

Gürcüstanda hər zaman gürcülərin digər fərqli millətlərlə, o cümlədən azərbaycanlılar və ermənilərlə dinc yanaşı yaşamasından qürur duyurduq ki, bu da ümumi nailiyyətimizdir və onun böyük diqqət və birgə qayğıya ehtiyacı var.

Gürcüstanda və  onun xaricində müəyyən destruktiv elementlərin Azərbaycanla Ermənistan arasındakı mövcud böhran vəziyyətində dostluğumuza və tarixi təcrübəmizə kölgə salmasına imkan verməməliyik.

Bütün bunları nəzərə alaraq, Gürcüstan tərəfi vəziyyətin hər hansı bir şəkildə yumşaldılmasına töhfə verməyə, habelə zəruri hallarda, dialoq aparmaq məqsədilə Tbilisidə münaqişə tərəflərinin nümayəndələrinin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bir daha  təsdiqləyir.  Gürcüstan tərəfi uzun illərdir ki, öz beynəlxalq öhdəliklərini yerinə yetirirdi və yerinə yetirir, onlar arasında qonşu ölkələr – Azərbaycan və Ermənistana qarşı da.

Xüsusilə Gürcüstanın tranzit funksiyası hər iki ölkənin iqtisadiyyatının işləməsi və inkişafı üçün vacib amildir. Bu da təbii olaraq Gürcüstanın maraqlarına  da daxildir.  Bu gün də Gürcüstanda tranzit rejimində mülki yük daşımaları Azərbaycan və Ermənistan daxil olmaqla istənilən istiqamətdə rəvan və təhlükəsiz şəkildə həyata keçirilir. Daşımaların intensivliyi yüksəkdir və hərbi qarşıdurmanın bərpasından sonra bu göstərici dəyişməyib. Qeyd etmək lazımdır ki, münaqişənin gərginləşməsindən etibarən  Gürcüstan tərəfindən mülki hava daşımaları məqsədləri üçün heç bir məhdudiyyət qoyulmayıb və qoyulmayacaq. Bununla,  Azərbaycan və Ermənistan arasında davam edən döyüş əməliyyatları səbəbindən Gürcüstan hökuməti, eskalasiya başlayan kimi ərazilərində, quru və hava yolları ilə hər iki ölkə istiqamətində  hərbi yük daşımaq üçün icazə verilməsini müvəqqəti dayandırdı. Bu barədə tərəflərə məlumat verilmişdi. Hər hansı digər beynəlxalq tranzit daşınması ilə əlaqədar olaraq, Gürcüstan tərəfi beynəlxalq öhdəliklərini tam yerinə yetirir.Bizim ümumi marağımız – hərbi qarşıdurmanın sürətlə dayandırılması və bölgədə sülhün bərpa edilməsidir”, – deyilir bəyanatda.