Tədqiqata əsasən, Gürcüstanın Birinci Kanalı tərəfindən yeni xəbərlərin təqdim edilmə forması digər televiziyalardan fərqli olaraq, izləyicilərdə mənfi emosiya yaratmır
Tədqiqata əsasən, Gürcüstanın Birinci Kanalı tərəfindən yeni xəbərlərin təqdim edilmə forması digər televiziyalardan fərqli olaraq, izləyicilərdə mənfi emosiya yaratmır

“İnformasiya məkanının ekologiyasına medyanın təsiri” adı ilə, Təfəkkür akademiyasında”, bu gün Şərqi Avropa Universitetinin bazasında mövcud olan laboratoriya “Z” tərəfindən hazırlanan tədqiqatının təqdimatı keçirildi.

Tədqiqat medyanın informasiya məkanının ekologiyasına etdiyi təsir haqqındadır.

Tədqiqat çərçivəsində, Gürcüstan miqyasında mövcud olan beş əsas telekanalın informasiya buraxılışlarının analizi keçirildi. Bunlar: TV İmedi, TV Pirveli, Rustavi-2, Mtavari ArxiGürcüstanın İctimai Yayımçısıdır.

Telekanallar haqqında tədqiqat 2019-cu ilin oktyabrın 1-dən, noyabrın 10-na qədər müddəti əhatə edir.

Kontent analizi nəticəsində müəyyən olundu ki, yeni xəbərlərdə verilən məlumatın 63 faizi neqativ, yəni mənfidir, 24 faizi neytral, 13 faizi ilə, müsbətdir.

Bu gün keçirilən təqdimatda psixoloq və tədqiqatın müəlliflərindən biri olan Zurab Mxeidze bəyan etdi ki, tədqiqata əsasən, izləyiciyə informasiya çatdırmaq baxımından Gürcüstanın Birinci Kanalının ən yaxşı nəticələri var.

“Xəbər çatdırma baxımından Gürcüstanın Birinci Kanalının ən yaxşı göstəriciləri var. Biz beş telekanalın informasiya buraxılışlarının tədqiqatını keçirdik, ancaq şou və digər müəllif verlişlərinə toxunmadıq. Xəbər çatdırma forması ilə Birinci Kanal digər kanallardan fərqlənir. Tənqidli və yaxud neqativ süjetlərə baxmayaraq, kanalın xəbər çatdırma forması, digər televiziyalardan fərqli olaraq, izləyicidə mənfi emosiyalar yaratmır.

Bizim dəyərələndirməmizə görə, bu baxımdan Birinci kanal ən yaxşı mövqeqədir” – dedi Zurab Mxeidze.

Tədqiqata əsasən, Gürcüstanın Birinci Kanalının informasiya buraxılışlarının kontentinin 50 faizi neytraldır, 10 faizi -müsbət, 40 faizi isə, neqativ, yəni mənfidir.

Digər Kanallara gəlincə isə, tədqiqata əsasən, Rustavi-2-nin nəticələri belədir: Neytral 15 faiz, Müsbət – 4 faiz, mənfi 81 faiz; “Mtavari Arxi” – Neytral 22, müsbət – 2, mənfi 71 faizdir; TV Pirveli – Neytral 25, – müsbət 2, mənfi – 73 faizdir; TV İmedi – Neytral – 22, müsbət -41, mənfi 37 faizdir.

İctimaiyyətdə möcvud olan ümumi tendesiyanın aşkarlanması üçün, tədqiqat çərçivəsində, onlayn-sorğu da keçirildi və sorğulanan 300 nəfərin cavablarından məlum odu ki, 38 faizi televiziya kanallarının yeni xəbərlər proqramını izləmir. Bunun səbəbi olaraq isə, çox sayda mənfi xəbərin yayılmasını adlandırırlar.

Eyni zamanda, keçmişdə xəbər proqramlarını izləyən, ancaq artıq izləməyən insanların sayı da xeyli artıb.

Həmin tədqiqata əsasən, sosiyal şəbəkə “Facebookda” əsasən mənfi emosiyalar yaradan xəbərlər daha çox diqqət və şərh toplayır.

Tədqiqat çərçivəsində, 18-lə 60 yaş arasında 300 nəfər sorğulandı.

Sorğulananların 77.4 faizi işlə təmin olunub, 22.6 faizi isə, işsizdir.