Tea Tsulukiani - Təəssüf ki, dünən üç qeyri-hökümət təşkilatı yalan deyərkən yaxalandı
Tea Tsulukiani - Təəssüf ki, dünən üç qeyri-hökümət təşkilatı yalan deyərkən yaxalandı

Çox təəssüf edici faktdır ki, dünən üç qeyri-hökümət təşkilatı yalan deməkdə yaxalandı, ki bunu başqa cür adlandırmaq olmaz, – bu barədə bəyanatı Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani seçkiləri saxtalaşdırmaq məqsədi ilə saxta şəxsiyyət vəsiqələrinin hazırlanması haqqında QHT-lərin verdiyi bəyanatlar və həmin faktla bağlı aparılan istintaq haqqında verdi.

Onun dediyinə görə, bu yalanın hardan gəldiyi bəllidir, çünki qeyd olunan QHT-lər yaydıqları məlumatı təsdiqləyən dəlillər təqdim edə bilmədilər.

“Bu QHT-lər “Milli hərəkatın” yalan yayma ruporu oldular” – dedi Tea Tsulukiani.

Tsulukianinin dediyinə görə, bu yalanın, yalan olduğunun aşkarlanması üçün istintaq davam edəcək ki, ictimaiyyət kimin yalançı olduğunu görsün.

Xatırladaq ki, üç QHT, “Beynəlxalq Şəffaflıq Gürcüstan”, “Gənc Hüquqşünaslar Asosiasiyası” və “Ədalətli seçkilər”, Xidmətlər Reestrini saxta şəxsiyyət vəsiqələrini hazırlamaqla ittiham edirdilər.