Tea Tsulukiani nazirliklərdən birinin rəhbəri və yaxud parlamentin vitse-spikeri ola bilər
Tea Tsulukiani nazirliklərdən birinin rəhbəri və yaxud parlamentin vitse-spikeri ola bilər

Gürcüstan parlamentinin sədrinin birinci müavininin vəzifəsini sabiq Ədliyyə Naziri Tea Tsulukianinin tutması ehtimal olunur.

Gürcüstanın Birinci Kanalının məlumatına görə, Tea Tsulukiani fəaliyyətini parlamentdə davam etdirsə, onun parlamentin vitse-spikeri olması ehtimal olunur.

Reqlamentə əsasən, parlament sədrinin birici müavinin vəzifəsi üçün namizədləri parlamentin sədri elan edə bilər.

Onuncu çağırış parlamentinin sədrinin beş müavini olacaq, hansılarının namizədliyini həm müxalifət, həm də iqtidar adlandırmalıdır.