Tea Tsulukiani - İlin sonuna qədər Dmanisidə və digər rayonların bir neçə kəndində ictimai mərkəzlər açılacaq
Tea Tsulukiani - İlin sonuna qədər Dmanisidə və digər rayonların bir neçə kəndində ictimai mərkəzlər açılacaq

İlin sonuna qədər İctimai Mərkəzlər yenə bir neçə kənddə, Adigenidə, Dmanisidə, Axalsopelidə və Udabno kəndlərində açılaçaq,  – Bu barədə bəyanatı Ədliyyə Naziri Tea Tsulukiani Tsnori İctimai Mərkəzinin açılşında verdi.

Baş nazir Mamuka Baxtadze və Ədliyyə Naziri Tea Tsulukiani Siğnaği munisipalitetinin Tsnori şəhərində ictimai mərkəz açdılar.

Tsnori İctimai Mərkəzi şəhərə yaxın olan 13 kəndə və 30 000-ə qədər insana xidmət edəcək.

Həmçinin, baş nazirin mətbuat xidmətinin məlumatına görə, Tsnori ictimai mərkəzində özəl şirkətlərin filialları yerləşir və həmçinin, pensionerlər öz pensiyalarını şəhərdən çıxmadan yerindəcə ala biləcəklər.

İctimai mərkəzdə gənclər üçün kitabxana, kabelsiz internet və “Skype” var.

Hazırda, ölkə miqyasında, Tsnori mərkəzindən başqa müasir standartlara uyğun olan 57 ictimai mərkəz fəaliyyət göstərir.