Tea Tsulukiani - Bugünki 17 mayda Gürcüstan iqtidarı küçələrə müxtəlif insanların çıxmasına sonuna qədər hazırlıqlı idi
Tea Tsulukiani - Bugünki 17 mayda Gürcüstan iqtidarı küçələrə müxtəlif insanların çıxmasına sonuna qədər hazırlıqlı idi

“Bugün mayın 17-də, iqtidarımız və hüquqmühafizə orqanları küçələrə müxtəlif qrupun insanlarının çıxmasına və hər bir vətəndaşın hüquqlarını qorumağa sonuna qədər hazır idi” – bu bəyanatı Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani verdi.

Tsulukianinin dediyinə görə, bugün Tbilisi küçələrində güclü polis hazırlığı var idi və bir-birinə paralel olaraq, bir neçə aksiyanın keçirilməsi belə mümükün oldu.

“Strasburq məhkəməsində 17 may hadisələrini qoruyuram, o dövrdə iqtidarda “Milli Hərəkat” partiyası idi və insan hüquqları kobud şəkildə pozuldu, çünki dövlət LGBT şəxslərin təhlükəsizliyini qoruya bilmədi” – dedi Tea Tsulukiani.

Ailə müqəddəsliyi gününün qorunması ilə bağlı Güllər meydanından Sameba kilsəsinə qədər yürüyüş keçirildi.

LGBT icmasının nümayəndələri isə, bəyan etdilər ki, mayın 17-də artıq aksiya keçirməyəcəklər.

Şərh yaz