Tea Sulukiani Macarıstan səfiri ilə əməkdaşlıq imkanlarını müzakirə etdi
Tea Sulukiani Macarıstan səfiri ilə əməkdaşlıq imkanlarını müzakirə etdi

Gürcüstanın Mədəniyyət, İdman və Gənclərlə iş üzrə naziri, Tea Sulukiani və nazirin birinci müavini, kaxa Sixaruidze Gürcüstanda Macarıstanın səfiri, Viktoriya Horvat ilə görüş keçirdi.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər iki ölkə arasında məəniyyət, idman və gənclər istiqamətilə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdilər.

İdarənin məlumatına görə, Tea Sulukiani səfirə Gürcüstanda mədəniyyət istiqamətilə həyata keçirilmiş bir sıra əhəmiyyətli layihələrə görə minnətdarlığını ifadə etdi və qeyd etdi ki, Nazirlik gələcəkdə də macarıstan Səfirliyi ilə fəal əməkdaşlıq edəcək. Görüşdə Mixay Ziçin mədəni marşrutunun yaradılması imkanlarını müzakirə etdilər. Nazir qeyd etdi ki, cari ilin iyun ayında Gürcüstanın Mədəniyyət, İdman və Gənclərlə iş üzrə Nazirliyinin mədəniyyət marşrutlarının strateji inkişafı və sertifikasiya idarələrarası şurasının iclası keçiriləcək, burada da Mixay Ziçin marşrutunun yaradılması məsələsi müzakirə olunacaq. Həmçinin, səfir tərəfindən təklif ifadə olundu ki, Macarıstan və gürcüstan tərəfindən Mixay Ziçin həyat və fəaliyyətini əks etdirən film yaradılsın. Viktoriya Horvat qeyd etdi ki, Macarıstan dövləti filmin həmmaliyyələşdirilməsinə hazırlığını ifadə edir, buna cavab olaraq nazir səfirə vəd etdi ki, qeyd olunan məsələ üzrə gürcü tərəfi mövqeyini az sonra bildirəcək.

Görüşdə söhbət həmçinin idmana aid oldu. tea Sulukiani qeyd etdi ki, Nazirliyin ən əsas prioritetlərindən biri kütləvi idmanın tədbiqidir, xüsusilə də gənclər arasında, buna cacab olaraq Viktoriya Horvat nazirlə Macarıstanda kütləvi idmanın tədbiqi və inkişafına imkanların yaradılması tədbirləri barəsində təcrübəsi ilə paylaşdı.

Şərh yaz