TBC Bankla bağlı Gürcüstanın Biznes-Asosiasiyası bəyanat yayır
TBC Bankla bağlı Gürcüstanın Biznes-Asosiasiyası bəyanat yayır

TBC Bankın ətrafında baş verən hadisələrlə bağlı Gürcüstanın Biznes-Asosiasiyası bəyanat yayır.

Asosiasiya bəyan edir ki, yanvar ayının əvvəlində, baş verən hadisələr barədə məlumat yayılan zaman, biznes-asosiasiya TBC Bankın təsisiçiləri Mamuka Xazaradze və Badri Caparidze ilə görüş keçirdi.

“Qeyd olunan görüş başa çatdıqdan sonra baş nazir Mamuka Baxtadze ilə görüşdük. Xüsusi ilə vurğulamaq istəyirik ki, bizim əsas məqsədimiz bizim şirkətimizin, TBC Bankın maraqlarını qorumaq idi” – deyilir bəyanatda.

“Baş nazir isə, öz növbəsində bəyan etdi ki, o TBC Bankın sistem bankının olduğunu və Gürcüstanın maliyyə sisteminin sabitliyindəki rolunu yaxşı başa düşür və  iqtidar əlindən gələni edəcək ki, bankın nüfuzu maksimal şəkildə qorunsun. Hətta, o günlərdə Davosda Dünya İqtisad Forum başlamaq üzərə idi və baş nazir qeyd etdi ki, TBC Bankı qorumaq adına müvafiq bəyanatı orada da verəcək. Bundan sonra, asosiasiya TBC Bankın maraqlarını qorumaq adı ilə iki rəsmi bəyanat yaydı.

Obyektivliyi qorumaq adına, qeyd etmək lazımdır ki, daha sonraki hadisələr baş nazirin vəd etdiyi kimi davam edirdi” – deyilir bəyanatda.

“Bununla yanaşı, TBC Bank bir neçə gün öncə hərkəsə müraciət etdi ki, bankla bağlı bəyanatlar verməkdən baş qaçırdaq. Bu bank tərəfindən tam professiyonal və praqmatik yanaşmadır. Həmçinin, obyektivliyin qorunması adına bəyan etmək istəyirik ki, əgər banka dəstək veririksə, bu günlərdə TBC Bankı müxtəlif kontekstlərdə hallandırmaqdan baş qaçırdaq” – deyilir bəyanatda.

Təşkilat bəyan edir ki, Gürcüstanda bank fəaliyyəti tamamən TBC Bankın imicinə əsaslanır.

“TBC Bank ölkəmizin maliyyə bazarının sözsüz lideridir və çox müvəffəqiyyətli və professiyonal bir müəssisədir və biz hər zaman onu qorumağa hazırıq” – deyilir təşkilatın bəyanatında.

Gürcüstanın Biznes-Asosiasiyası 2009-cu ildən fəliyyət göstərir.

Təşkilat Asosiasiyada birləşən şirkətlərin maraqlarını obyektiv və ədalətli şəkildə qorumağı nəzərdə tutur.