Tbilisoba bayramı ilə bağlı, Elbakidze enişində, Respublika meydanı itiqamətinə avtomobil hərəkəti məhdudlaşdırılacaq
Tbilisoba bayramı ilə bağlı, Elbakidze enişində, Respublika meydanı itiqamətinə avtomobil hərəkəti məhdudlaşdırılacaq

Tbilisoba bayramı ilə bağlı, Elbakidze enişində, Respublika meydanı itiqamətinə avtomobil hərəkəti məhdudlaşdırılacaq, – bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayır.

İdarənin məlumatına görə, avtonəqliyyat yalnız Kostava küçəsində, Filarmoniya istiqamətinə hərəkət edəcək.

“Patrul Polisi Departamenti sizi məlumatlandırır ki, Tbilisoba bayramı ilə bağlı, Elbakidze enişində, Respublika meydanı itiqamətinə avtomobil hərəkəti məhdudlaşdırılacaq və avtonəqliyyat yalnız Kostava küçəsində, Filarmoniya istiqamətinə hərəkət edəcək. Qeyd olunan məhdudiyyət Tbilisobanın başa çatmasına qədər qüvvədə olacaq”, – bəyanatda deyilir.

Tbilisoba 6-7 oktyabrda keçiriləcək.