Tbilisiyə yeni avtobusların və mikroavtobusların ilk axını gəldi [Foto]
Tbilisiyə yeni avtobusların və mikroavtobusların ilk axını gəldi [Foto]

Munisipal avtoparkın yeniləndirilməsi layihəsi çərçivəsində, Tbilisi nəqliyyat şirkəti, Avropa Rekonstruksiya və İnkişaf Bankının dəstəyi ilə, 226 ədəd 12 metrlik, kompressiv təbii qaza işləyən, Avro-6 standratlı avtobus aldı.

Onların bir hissəsi artıq paytaxtdadır qalanı isə, 2021-ci ilin mart ayına qədər mərhələ şəklində daxil olacaq.

Tbilisi meriyasının məlumatına görə, yeni avtobuslar 90 yolçu üçün nəzərdə tutulub, ordan 28 oturacaq yer var. Avtobuslar məhdud fiziki imkanlı şəxslər üçün də nəzərdə tutulub. Avtobusa əlil şəxslər də müstəqil şəkildə çıxa bilərlər.

Kondisiyonerdən başqa, avtobusda AUX/USB birləşdiriciləri və növbəti duracaqları elan edən texniki vasitələri də var.

2021-ci ildə, həmçinin, 180 ədəd 18 metrlik avtobusun gətirilməsi nəzərdə tutulur.