Tbilisiyə 18 metrlik avtobusların gətirilməsi planlaşdırılır
Tbilisiyə 18 metrlik avtobusların gətirilməsi planlaşdırılır

Almaniya Respublikasında işçi səfərdə olan Tbilisi meri, Kaxa Kaladze Münhendə “MAN” şirkətinin sərgi mərkəzinə qonaq oldu və şirkətin rəhbər şəxsləri ilə görüşdü.

Tbilisi Meriyasının məlumatına görə, söhbət əməkdaşlığın perspektivlərinə və Tbilisidə cari nəqliyyat islahatına aid oldu.

Kaxa Kaladze sərgi mərkəzində təqdim olunan ən yeni modelin 18 metrlik avtobusunu gözdən keçirdi. Avtobusun gələcəkdə Tbilisiyə daxil edilməsi planlaşdırılır.