Tbilisinin meri Dünya Bankının vitse-prezidenti ilə görüşdü
Tbilisinin meri Dünya Bankının vitse-prezidenti ilə görüşdü

Paytaxtın meri Kaxa Kaladze Dünya Bankının vitse-prezidenti Hartviq Şeiper ilə görüşdü.

Paytaxt meriyasının məlumatına görə, görüş zamanı iki tərəfli əməkdaşlığın əsas istiqamətləri və həmçinin, növbəti dörd il ərzində Tbilisidə həyata keçiriləcək əhəmiyyətli layihələr müzakirə olundu.

“Dünya Bankının vitse-prezidentini növbəti dörd il ərzində həyata keçirəcəymiz layihələrimiz və görüşlərimiz ilə tanış etdik. Dünya Bankının nümayəndələrinə bizə dəstək olduqları və torpaq sahələrindən istifadə məsələləri ilə bağlı mütəxəssis qrupunu göndərdiklərinə görə təşəkkürümüzü bildirdik” – dedi Kaxa Kaladze.

Nümayəndə heyyətinin üzvləri qeyd etdilər ki, Dünya Bankı Gürcüstanla sosiyal və iqtisadi əməkdaşlığa gələcəkdə də davam edəcək.

Tbilisi meriyasında keçirilən görüşdə mer müavini İlia Eloşvili, Dünya Bankının regional direktoru Mersi Tembon, Stabil İnkişaf proqramının rəhbəri Sara Maikl və nümayəndə heyyətinin digər üzvləri iştirak edirdilər.