Tbilisili abunəçilərinin bir hissəsinin elektrik enerji təminatı müvəqqəti olaraq, məhdudlaşdırılacaq
Tbilisili abunəçilərinin bir hissəsinin elektrik enerji təminatı müvəqqəti olaraq, məhdudlaşdırılacaq

Şəbəkəyə yeni abunəçilərin qoşulması səbəbi ilə, bugün paytaxın yeddi rayonunda elektrik enerji təminatı müvəqqəti olaraq, kəsiləcək.

Bu barədə bəyanatı “Telasi” yayır. Şirkətin yaydığı məlumata görə, Samqori rayonunda saat 10:00-dan 18:00-a qədər elektrik enerji təminatı kəsiləcək.

Saburtalo rayonunda isə, Vaja-Pşavelada, Budapeşt küçəsində, Quram Pancikidze, Otar Çiladze və Taşkent küçələrində yaşayanların elektrik enerjisi isə, saat 11-dən saatn 16:00-a qədər kəsiləcək.

Həmçinin, İsani, Mtatsminda, Didube, Çuğureti və Nadzaladevi rayonlarında maksimum saat 21:00-a qədər elektrik enerji təminatı kəsilə bilər.

“Şirkət yaratdığı diskomfort üçün istifadəçilərindən üzr istəyir. Yeni xəttlərin çəkilmə işlərinin başa çatmasından sonra, elektrik enerji təminatı dərhal bərpa olunacaq” – deyilir “Telasinin” bəyanatında.