Tbilisidə,Maxaldiani küçəsindəki yanğının qarşısı alınıb   
Tbilisidə,Maxaldiani küçəsindəki yanğının qarşısı alınıb   

 

Tbilisidə,Vaxtanq Maxaldiani küçəsində,yaşayış evlərində meydana çıxan yanğının qarşısı alınıb.

Hadisə yerinə  Fövqəladə Vəziyyətlərin İdarəedilməsi Xidmətinin 70-dək yanğınsöndürən-xilasedicisi və 15 ədəd yanğın əleyhinə texnika səfərbər olunub.

Ətrafdakı yaşayış evlərindən insanlar təxliyyə ediliblər.Alov 4 yaşayış evinə yayılıbmış.Yanğın nəticəsində heç kim xəsarət almayıb.

Fövqəladə Vəziyyətlərin İdarəedilməsi Xidmətinin 15 qrupu ilə yanaşı ,DİN Patrul və Kriminal Polis ekipajları, həmçinin təcili tibbi yardım qrupları  hadisə yerindədirlər.

 

 

Hazırladı-Sevinc Mustafayeva