Tbilisidə "Pələng və pəhləvan" abidəsinin yanında yeni nəqliyyat qovşağı tikiləcək
Tbilisidə "Pələng və pəhləvan" abidəsinin yanında yeni nəqliyyat qovşağı tikiləcək

Tbilisi meriyası “Pələnq və pəhləvan” abidəsinin yanında yeni nəqliyyat qovşağının tikilməsini planlayır.

Bu barədə məlumatı Tbilisinin meri Kaxa Kaladze paytaxt hökümətinin bugünki iclasında verdi.

Onun dediyinə görə, layihəyi həyata keçirəcək şirkətin seçilməsi üçün tender bugün elan olunacaq.

“Bu bir kilometrlik nəqliyyat qovşağı olacaq və Marşal Gelovani prospektini, Kürün sağ sahilini və Qaqarin küçəsini birləşdirəcək” – dedi Kaxa Kaladze.

Onun dediyinə görə, qeyd olunan layihənin ikinci hissəsi Lisi gölündən düşən yol olacaq, hansının inşaatı artıq başlayıb.

“Layihə yüksək standartlarla hazırlanıb və bütün beynəlxlaq texniki tələblərə cavab verir” – dedi Kaxa Kaladze.