Tbilisidə, oktyabrın 24-dən, ilk təcili nəqliyyat dəhlizi işə salınacaq
Tbilisidə, oktyabrın 24-dən, ilk təcili nəqliyyat dəhlizi işə salınacaq

Paytaxtın vitse-meri İrakli Xmaladze bugün Tbilisidə hərəkət edən avtobusların şəbəkəsini təqdim etdi.

Vitse-merin bəyan etdiyinə görə, hazırda 10 təcili nəqliyyat koridoru hazırlanır.

İlk təcili nəqliyyat koridoru cari ilin oktyabrın 24-də işə salınacaq.

Tbilisi meriyasının məlumatına görə, təqdimatda vitse-mer hər bir koridorun marşrutu haqqında məlumat verib.

Marşrutlar növbəti şəkildə cədvəlləşdirilib:

Avtobus N 301 – Politkovskaya küçəsindən, Beri Qabriel Salosi prospektinə doğru (İsani) – 11 avtobus 15 dəqiqəlik interval ilə hərəkət edəcək.

Avtobus N 332 – Nutsubidze IV m/r -dan “Tbilisi Sentral” istiqamətinə doğru – 10 avtobus 12 dəqiqəlik interval ilə.

N 385 – Vake və Saburtalo rayonunda, yeddi avtobus altı dəqiqəlik interval ilə hərəkət edəcək.

N 334 – Tsxnetidən metro “Delisi” istiqamətinə doğru -15 dəqiqəlik interval ilə səkkiz avtobus hərəkət edəcək.

N 401 – “Dövlət Universiteti” metro-stansiyasından Politkovsaya küçəsində doğru üç mikro-avtobus beş dəqiqəlik interval ilə hərəkət edəcək.

Cədvələ görə, vətəndaşlar üçün nəqliyyat gözləmək və yolçuluq müddəti azalacaq.