Tbilisidə, Kür çayının sağ sahilində avtoqəza baş verdi.
Sürətlə gedən iki minik avtomobil bir-birinə toqquşub.
Mövcud olan məlumata görə, qəza nəticəsində həlak olan olmayıb.
Daxili İşlər Nazirliyinin Birinci Kanala verdiyi məlumata görə, baş verən hadisə ilə bağlı istintaq cinayət məcəlləsinin 276-cı maddəsi ilə aparılır, hansı ki, nəqliyyat vasitələrinin ekspluatasiya və təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.