Tbilisidə qılıncoynatma üzrə dünya kuboku keçiriləcək
Tbilisidə qılıncoynatma üzrə dünya kuboku keçiriləcək

Oktyabrın 26-27-də, Tbilisidə, “Arena” idman kompleksində, qılınc oynatma üzrə dünya satelit-kuboku keçiriləcək.

Qılıncoynatma idmanında bir-biriləri ilə 15 ölkənin 65 idmançısı yarışacaq.

Gürcüstan komandasında 8 qadın və 16 kişi qılıncoynadan yarışacaq.

Qonaqlar arasında bir neçə maraqlı və məşhur qılınc oynadanlar var.

Qadın yarışında yunan Despina Georgiadu çıxış edəcək, hansı ki, beynəlxalq qılıncoynatma federasiyasının reytinqində 26-cıdır.

Yarışda həmçinin, reytinqdə 31-ci yerdə olan, Azərbaycanlı Ana Başta və digərləri də var.

Kişilərdən isə, Türkiyənin ən yaxşı qılıncoynadanı Enver Yıldırım və reytinqdə 40-cı yerdə olan Argentinalı Stefano İvan Luket var.

Turnir okyabrın 26-da, saat 10:00-da keçiriləcək.