Tbilisidə elektromobillərin kirayələnmə servisi "Carsharing" işləməyə başladı
Tbilisidə elektromobillərin kirayələnmə servisi "Carsharing" işləməyə başladı

Tbilisidə elektromobillərin kirayələnmə servisi – Carsharing fəaliyyətə başladı.

Bu barədə məlumatı Tbilisinin meri Kaxa Kaladze verdi.

Merin dediyinə görə, Tbilisinin müxtəlif lokasiyalarında, ilk mərhələdə 300 elektromobil yerləşdiriləcək.

O 300 maşından hərhansını, istəyən hərkəs xüsusi aplikasiya ilə kirayələyə bilər. İstifadə etdikdən sonra isə, maşını onun üçün daha yaxın olan avto-dayanacağa qaytarmalıdır.

Kaladzenin dediyinə görə, “Karşearinq” servisi, qiymətindən irəli gələrək, hərkəs üçün əlyetərli olacaq.

Merin dediyinə görə, inkişaf etmiş şəhərlərin çoxunda bənzər sistem işləyir və yaxın gələcəkdə, Tbilisi də bu şəhərlərdən biri olacaq.