Tbilisidə "Edit Piaf" spektaklının premyerası keçiriləcək
Tbilisidə "Edit Piaf" spektaklının premyerası keçiriləcək

Tbilisinin Mixeil Tumanişvili adına kino-aktyor teatrında, dekabrın 19 və 20-də, “Edit Piaf” spektaklının premyerası keçiriləcək.

Layihə Batuminin “Yeni səhnə” adlı Dram Teatrı və Kutaisinin Lado Mesxişvili adına teatrının birgə çalışmasıdır.

İlk dəfə spektaklın premyerası 2017-ci ilin oktyabr ayında, Batumi şəhərində, sonra Kutaisidə baş tutdu.

Tamaşanın rejisoru Giorgi Sixarilidze iki teatrın sintezini, Fransanın əfsanəsi olan, müğənni və aktrisa Edit Piafın həyatının son illərinə həsr edib.

Tamaşa Nino Sadğobelaşvilinin pyesasına əsasən qoyulub.

Həmin Pyesa Edit Piafın son günləri və ümumiyətlə tərcümei-halından bəhs edir.