Tbilisidə, Didi Diğomidə partlayış nəticəsində üç insan həlak oldu
Tbilisidə, Didi Diğomidə partlayış nəticəsində üç insan həlak oldu

Tbilisidə, Didi Diğomidə partlayış nəticəsində üç insan həlak oldu, – bu barədə jurnalistlərə Patrul Polisinin rəisi Teymuraz Kupatadze bəyan etdi.

Partlayış nəticəsində həmçinin xəsarət alanlar var. Onları müxtəlif klinikalara yerləşdirdilər.

Partlayışın baş verdiyi korpusdan vətəndaşların təxliyyəsi baş verir.

Mövcud olan məlumata görə, güman edilir ki, partlayış qazın sızması nəticəsində yaşayış korpusunun altıncı mərtəbəsində baş verdi.

Hadisə yerində Fövqəladə Hallar İdarəsi Xidmətinin nümayəndələri işləyirlər.