Tbilisidə, Didi Diğomidə baş verən faciəyə görə, 17 yanvar matəm günü elan edildi
Tbilisidə, Didi Diğomidə baş verən faciəyə görə, 17 yanvar matəm günü elan edildi

Gürcüstanın baş naziri Mamuka Baxtadzenin qərarı ilə, Tbilisidə, Didi Diğomidə baş verən faciəyə görə, 17 yanvar matəm günü elan edildi.

Qeyd olunan sərəncamı hökümət başçısı biraz öncə imzaladı.

Sərəncama əsasən, 17 yanvar matəm günündə, Gürcüstanın bütün inzibati binalarında və Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərində bayraqlar düşürüləcək.

Didi Diğomidə bugün baş verən partlayış nəticəsində üç nəfər həlak oldu.