Tbilisidə bu gün “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında ictimai təşkilatların rolu” adlı konfrans keçirildi.

Tbilisidə bu gün “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında ictimai təşkilatların rolu” adlı konfrans keçirildi. Konfransın əsas movzusu iki ölkə arasında əlaqələrin inkişafında qeyri-hökümət təşkilatlarının rolunu müzakirə etmək idi. Konfransda Azərbaycan və Gürcüstanın QHT nümayəndələri iştirak edirdilər. Konfrans iştirakçıları hər iki ölkə arasında olan ümumi məsələləri xüsusilə qeyd etdilər və əlaqələrin inkişafında məlumat mübadiləsinin önəmindən danışdılar. Konfransda Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndələri, eləcə də, Türkiyə Səfirliyinin nümayəndələri iştirak edirdilər.