Tbilisidə Beynəlxalq Kitab Festivalı mayın 30-dan iyunun 2-nə qədər keçiriləcək
Tbilisidə Beynəlxalq Kitab Festivalı mayın 30-dan iyunun 2-nə qədər keçiriləcək

Tbilisidə Beynəlxalq Kitab Festivalı mayın 30-dan iyunun 2-nə qədər keçiriləcək.

Bu barədə məlumatı festivalın təşkilatçıları sosiyal şəbəkə və rəsmi veb-səhifələrində yayırlar.

Tbilisi 21-ci Beynəlxalq Kitab Festivalında iştirak edən nəşriyyatların və təşkilatların qeydiyyatı bugündən başladı.

Təşkilatçıların dediyinə görə, festival sərgi mərkəzi “Expo Georgia”-nın 11-ci və 6-cı pavilyonlarında keçiriləcək.

Festival həmçinin kiçik oxucuları da qonaq edəcək. 6-cı pavilyonda uşaq nəşriyyatları yerləşəcəklər.

Festivalda ənənəvi olaraq, gürcü və xarici nəşriyyatlar, universitetlər, məktəblər kitab mağazaları, kitabxanalar, səfirliklər, hökümətvə qeyri-hökümət təşkilatları və beynəlxalq təşkilatlar iştirak edirlər.

Festival üçün qeydiyyat 2019-cu ilin aprelin 19-na qədər davam edəcək.