Tbilisidə beynəlxalq kinofestival onlayn rejimdə keçirilir
Tbilisidə beynəlxalq kinofestival onlayn rejimdə keçirilir

Tbilisidə 21-ci beynəlxalq kinofestival keçirilir. Koronavirusa görə tədbiq olunan məhdudiyyətləri nəzərə alaraq, bu ilki festival onlayn rejimdə keçirilir.

Kinofestival üç əsas hissədən ibarətdir: filmlərin göstərişi, sənaye günləri və masterklaslar.

Bu il Tbilisi beynəlxalq kinofestivalı müsabiqəsiz keçirlir. Yalnız forum baş tutacaq və burada ən yaxşı layihə aşkar ediləcək – birinci yer və pul mükafatı 1 500 avro: “İa – rejissor Keti Maçavariani, prodüsser Nato Sixarulidze; ikinci yer 1 000 avro: “Werewolf” – rejissor Yeva Maqi, prodüsser Kristofer Pir; üçüncü yer, 700 avro: “When you’re 17” – rejissor Giorgi Muxadze, prodüsser Nato Sixarulidze.