Tbilisidə Avto-stansiya ərazisində baş verən yanğın lokalizə edilib [Foto, Video]

Tbilisidə, Tevdore Mğvdeli küçəsində baş verən yanğın hazırda lokalizə edilib.

Bu barədə məlumatı Fövqəladə Hallar Xidməti yayır.

İdarənin məlumatına görə, 200-250 kvadrat metrlik ərazi yanıb.

Hadisə yerində 16 yanğın söndürən briqada işləyirdi.

“Tevdore Mğvdeli küçəsində ərzaq saxlanan anbarlar yanırdı. Yanğının baş verməsinin səbəbi isə, hələlik məlum deyil” – dedi Fövqəladə Hallar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mişa Peikrişvili.

Yanğın voğzalda bugün səhər baş verdi.