Tbilisidə 1 623, İmeretidə 822 və Şida Kartlidə 428 yeni koronavirusa yoluxma halı aşkarlanıb
Tbilisidə 1 623, İmeretidə 822 və Şida Kartlidə 428 yeni koronavirusa yoluxma halı aşkarlanıb

Ermənistanda son 24 saat ərzində 592 koronavirusa yoluxma faktı aşkarlanıb, 1217 xəstə sağalıb. Eyni zamanda, son günlər ölkədə Covid-19-dan 40 xəstə dünyasını dəyişib, daha iki xəstənin ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.

Bu barədə məlumatı Ermənistan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb.

Ötən gün Ermənistanda 7666 koronavirus testi aparılıb.

Noyabrın 25-nə pandemiya başlayandan ölkədə 336 330 nəfərdə koronavirus aşkarlanıb, onlardan 311 078 nəfər sağalıb.

Pandemiyanın başlanğıcından indiyədək Ermənistanda rəsmi məlumatlara görə, ümumilikdə 7419 nəfər koronavirusdan vəfat edib. 1412 yoluxmuş insanın ölümünə səbəb kimi digər xəstəliklər göstərilib.