Tbilisidə Pianistlərin 6-cı beynəlxalq müsabiqəsi keçiriləcək
Tbilisidə Pianistlərin 6-cı beynəlxalq müsabiqəsi keçiriləcək

Oktyabrın 1-də Tbilisi Konservatoriyasının böyük zalında pianistlərin 6-cı beynəlxalq müsabiqəsi keçiriləcək.

Müsabiqədə müxtəlif ölkələrdən gələn 31 pianist iştirak edəcək.

Gürcüstanı bu il müsabiqədə Giorgi Giqaşvili, Salome Modebadze və Giorgi İuldaşev təmsil edəcəklər.

Müsabiqə jürisinə Manana Doicaşvili rəhbərlik edəcək.

Jürinin tərkibində İsveç, İtaliya, İrlandiya, Polşa, İspaniya, İsrail və Yaponiya nümayəndələri olacaqlar.

Jürinin işində iştirak etmək üçün Amerikadan xüsusi olaraq, Eter Ancaparidze gələcək.

Müsabiqə oktyabrın 11-də başa çatacaq.

Müsabiqə çərçivəsində 6 premiya veriləcək. Onların arasında 15 min ABŞ dollar məbləğində qran-pri olacaq.

Tbilisinin beynəlxalq pianistlər müsabiqəsi 1997-ci ildə əsaslandı.