Tbilisidə 20-ci Jaz-Festival noyabrın 2-5-də keçiriləcək
Tbilisidə 20-ci Jaz-Festival noyabrın 2-5-də keçiriləcək

20-ci Jaz-Festivalı noyabrın 2-5-də keçiriləcək.

Festivalı Amerikan caz və soulun ifaçısı, əfsanəvi Tower Of Power qrupu açacaq.

Qrup, 1968-ci ildə  Kaliforniyada yaradıldı və artıq 5 ildir dünya ətrafında konsertlər verərək gəzir.

Noyabrın 4-də Vano Saracişvili adına Tbilisi Dövlət konservatoriyasında, dünyada tanınmış saksofonist Co Lovano gürcü tələbələri üçün masterklass keçirəcək. Həmin gün, musiqiçi gürcü dinləyiciləri qarşısında öz kvarteti ilə bərabər konsert verəcək.

Tbilisinin yubiley caz vestivalının son günündə, gənc gürcü caz ifaçısı Papuna Şarikadze, öz triosu ilə bərabər konsert verəcək. Daha sonra isə, əfsanəvi ifaçı Stenli Klarkın konseri keçiriləcək.

Tədbirə konsert zalı və Tbilisi Event Hall ev sahibliyi edəcək.